“Naxçıvanpoçt” şəhid ailələrinə bayram sovqatları ...
19:39 13.03.2025
0
0
0
NAXÇIVAN :
13 Mart 2025, Cümə axşamı
Bu şərəfi qazanan oğullardan biri Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, şəhid baş leytenant Orxan Quliyevin anası Minayə xanımla tez-tez qarşılaşıram Şərur Şəhidlər xiyabanında. Şəhidin adını daşıyan oğlu Orxanla birlikdə gəlirlər şəhid leytenant Orxanı ziyarətə. Oğlu ilə bağlı xatirələrindən danışır, deyir: “Orxanın hərbçi olmaq həvəsi olduğu üçün Heydər Əliyev adına Hərbi Liseydə təhsini davam etdirdi. Gözümün ağı-qarası təkcə oğlum olsa da, xətrinə dəymədim, dedim uşağın həvəsi haradırsa, getsin. Yolun açıq olsun, – deyib su da atdım dalınca. Hərbi liseydə təhsil alanda çox yaxşı idi qiymətləri, Ali Hərbi Məktəbə də yaxşı nəticə ilə qəbul oldu. Əyninə hərbi forma geyinib ilk dəfə evə gələndə çox sevinmişdim, necə yaraşıqlı olmusan, – demişdim balama. Gecə-gündüz dualarım onunla idi. Düşmənin bir addımlığında xidmətə başlayanda nə gecəm var idi, nə də gündüzüm. Tez-tez zəng vurub danışardıq, yenicə ailə qurmuşdu, sevincimiz təzə idi. Qismət belə imiş, o öz balasının böyüdüyünü belə görmədən düşmən gülləsinə tuş gəldi. 2015-ci il martın 13-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində düşmənlə təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldi”.
Minayə ana deyir ki, oğulsuz yaşamaq çətin olsa da, onun ətrini oğlu Orxandan alıb ömrümü davam etdirir:
“Həmin gün, Orxan şəhid olduğu gündən bəri ürəyimi həm oğul həsrəti yandırırdı, həm də torpaq. Orxanın şəhidlik şərbəti içdiyi həmin yerdən silah səsi kəsilmədikcə, oradan düşmən qovulmadıqca rahat nəfəs ala bilmirdim. İllər keçdikcə yaram qaysaq qoyur, amma sağalmırdı. Vətən müharibəsi başlayanda bütün şəhid anaları kimi mənim də arzum oğullarımızın qisasının alınması idi. Döyüşlərin oğlumun Vətənə qurban olduğu yerdən başlandığını bilirdim. Səbirsizliklə gözləyirdim qələbə xəbərinin gəlməsini. Həmin gün, düşmənin məğlub olduğu gün oğlumun məzarına getdim.
“İgid oğlum, rahat uyu, qisasın alındı, düşmən torpaqlarımızdan əbədi olaraq qovuldu” xəbərini ona verdim. Sanki balamın məzar daşından boylanan gözləri gülürdü həmin gün. Orxanın qisasını alan Zülal, Əli, Azad, Məmmədhəsən gəlib ona cənnətində qələbə xəbərini vermişdi məndən öncə, bəlkə də”.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər