Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pe...
10:54 06.12.2025
0
0
0
AYB-nin və AJB-nin üzvü, ”Vətən fədailəri” layihəsinin rəhbəri, şair-publisist Manya Səxavət qızının 12-ci kitabı oxuculara təqdim olundu. Noyabrın 14-də Xızı Rayon Heydər Əliyev Mərkəzində şəhidlərimizin adlarının, qəhrəmanlıqlarının əbədiləşdirildiyi “Vətən fədailəri” layihəsinin V hissəsi olan “Vətən fədailəri: Şabran-Siyəzən-Xızı şəhidləri” kitabının ilk təqdimatı keçirildi. Tədbirdə "N" hərbi hissənin şəxsi heyəti, şəhid ailələri, rayon ictimaiyyəti və digər bölgələrdən gələn qonaqlar iştirak edirdi. Öncə hərbi orkestrin müşayiəti ilə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himnimiz səsləndirilib. Ardınca kitabın müəllifi Manya Səxavət qızı, dəstəkçisi Şahin Məmmədov və digər qonaqlar çıxışlarında kitabın və tədbirin mahiyyəti haqqında öz fikirlərini bölüşdülər. Sonda bütün qonaqlara kitab təqdim olundu və xatirə şəkilləri çəkildi. Tədbirdən sonra Şəhidlər xiyabanı ziyarət olundu.
Digər xəbərlər