NAXÇIVAN :

25 Aprel 2025, Cümə

“Vətən fədailəri” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş olub

...

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasında qəhrəmanlıq salnaməsini qanları ilə vətən torpağına yazan şəhidlərimizin adlarının tarixə yazılması üçün ərsəyə gələn “Vətən fədailəri” layihəsi çərçivəsində tələbələrlə görüş olub.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

  Dövlət Gömrük Komitəsi Akademiyasının rektoru, general-mayor Qulu Novruzov Manya Səxavətqızının yaradıcılığından danışıb.

“Vətən fədailəri” layihəsinin rəhbəri yazıçı, jurnalist, AYB-nin və AJB-nin üzvü Manya Səxavətqızı və layihənin dəstəkçisi Şahin Məmmədov ərsəyə gətirdikləri layihənin mahiyyəti barədə düşüncələrini bölüşüblər. 

Tədbirdə Qəhrəmanov Orxan Səlvər oğlunun anası Arzu xanım, İsmayılzadə Məhəmməd Füzuli oğlunun anası Miranə xanım və Rəfiyev Ülvi Rəfail oğlunun anası Səyyarə xanım duyğularını dilə gətiriblər. 

Sonra general-mayor Qulu Novruzov Manya Səxavətqızına DGKA-nın xüsusi hədiyyəsini təqdim edib.

Tədbir çərçivəsində viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.

Nəşr edilib : 25.04.2025 14:33