NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Vergi Məcəlləsinə təklif olunan dəyişiklik ilk oxunuşda qəbul edilib

...

Milli Məclis Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri I oxunuşda qəbul edib.

"Şərq qapısı" xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Qeyd edilib ki, hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Azərbaycan Prezidentinin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilib.

Dəyişikliyə görə, bu səlahiyyətin Baş Prokurorluğa da verilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Nəşr edilib : 20.12.2024 13:27