NAXÇIVAN :

28 Avqust 2026, Cümə

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı olub

...

Kral V Haraldın vəfatından sonra onun oğlu Hokon Norveçin yeni monarxı olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Norveç mediası məlumat yayıb.

Bildirilir ki, kral sarayında yeni kralın şərəfinə bayraq ucaldılıb.

"Bir neçə dəqiqə əvvəl o, yeni vəliəhd şahzadə İnqrid Aleksandra ilə birlikdə hökumət nümayəndələrinin iştirakı ilə Nazirlər Kabinetinin növbədənkənar iclasını keçirib", - məlumatda qeyd olunub.

Ölkə hökuməti milli matəm elan edib və bu, V Haraldın dəfn mərasimi başa çatana qədər davam edəcək.

V Harald 89 yaşında Oslonun "Rikshospitale" universitet xəstəxanasında vəfat edib.

Medianın məlumatına görə, kralın ölümü ilə əlaqədar Oslo meri Anne Lindbo cümə günü baş tutmalı olan toyunu təxirə salıb.

Nəşr edilib : 28.08.2026 14:15