NAXÇIVAN :

03 May 2026, Bazar

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək

...

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək.

"Şərq qapısı"nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Nəşr edilib : 16.12.2025 12:36