Ətraf mühitin çirklənməsinin insan sağlamlığına tə...
14:28 22.11.2024
0
0
1
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Milli dəyərlər və uşaqlar” mövzusunda tədbir keçirilib.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə dəyirmi masa ətrafında keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova çıxış ediblər. Çıxışlar zamanı bildirilib ki, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşma əsrində uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsi əhəmiyyətli məsələdir. Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, dövlət rəmzləri milli-mənəvi dəyərlərimizin uşaqlara aşılanmasında müstəsna əhəmiyyət kəsb edir. Xüsusilə də uşaq, yeniyetmə və gənclərin tərbiyəsində, mənəvi aləmlərinin zənginləşməsində milli ideologiyamızın təbliğ və təşviq edilməsi önəmli rola malikdir.
Məktəbin şagird, müəllim, psixoloq və sinif rəhbərlərinin iştirak etdiyi tədbirin sonunda iştirakçılara 20 ədəd broşür paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti
Digər xəbərlər