Azərbaycan Respublikasının Baş Prokurorluğu və Döv...
17:07 28.12.2024
0
0
0
NAXÇIVAN :
28 Dekabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində “Uşaqlar arasında sağlam həyat tərzinin aşılanması və idmanın kütləviliyinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə dəyirmi masa ətrafında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov sağlam həyat tərzinin aşılanması ilə bağlı maariflənmənin vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Müşərrəf Bağırova məktəblilərin idmanla məşğul olmaları üçün dövlətimiz tərəfindən yaradılan şəraitdən danışaraq bildirib ki, sağlam bədən və zehin sağlam gələcəyin əsasını təşkil edir. Uşaqlar arasında sağlam həyat tərzinin aşılanması və idmanın kütləviliyinin təbliği cəmiyyətin gələcək sağlamlığını təmin etmək üçün vacibdir. Bu məqsədlə uşaqların fiziki aktivliyini artırmaq, düzgün qidalanma və gigiyena vərdişlərini öyrətmək, eləcə də idmanla məşğul olmaq önəmlidir.
31 nəfərin yararlandığı tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, mövzu ilə bağlı broşürlər paylanılıb.
Digər xəbərlər