NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

“Uşaq əməyinin istismarının qarşısının alınması’’ mövzusunda maarifləndirici tədbir keçirilib

...

Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Culfa Rayon Polis Şöbəsi, Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə rayon ərazisində ictimai iaşə obyekti işlədən sahibkarlar ilə “Uşaq əməyinin istismarının qarşısının alınması’’ mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər mövzuya uyğun olaraq qanunvericiliyin tələbləri haqqında danışıblar və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 02.09.2024 12:59