NAXÇIVAN :

21 May 2026, Cümə axşamı

UNECE-nin icraçı katibinin müavini ilə görüş baş tutub

...

Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak çərçivəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitriy Mariyasin ilə görüşüb.
“Şərq qapısı” İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadə xəbər verir ki, görüşdə WUF13-ün əhəmiyyəti, regional şəhərlərarası tərəfdaşlıq və həmrəylik platforması olan SPECA Şəhərlər Forumu və SPECA çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Azərbaycanın SPECA Çoxtərəfli Etimad Fonduna verdiyi töhfə və fondun fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.
Tərəflər əməkdaşlığın inkişafına dair müzakirə aparıblar.

Nəşr edilib : 21.05.2026 19:31