NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Ümumtəhsil müəssisələrinin rəhbər işçiləri üçün təlimlərə start verilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 14-dən nazirliyin əhatə etdiyi ümumi təhsil müəssisələrinin rəhbər işçiləri üçün təlimlərə start verilib. Noyabrın 22-nə kimi davam edəcək təlimlər 4 istiqamət üzrə – əmək qanunvericiliyi, təhsil sənədləri, maliyyə və satınalma, elektron sistemlər mövzusunda təşkil olunacaq. 
İlk təlim Naxçıvan şəhər, Şərur, Babək və Şahbuz rayonlarının ümumi təhsil müəssisələrinin rəhbər işçiləri üçün təşkil olunub. Təlimlərdə əməkdaşlara  əmək müqaviləsinin bağlanması və xitam verilməsinin əsasları və qaydası, UTİS, MİTİS,  sy.edu.az,  bq.edu.az  elektron sistemlərinə SİMA rəqəmsal imza ilə giriş, kargüzarlığın təşkili qaydaları, maliyyə-təsərrüfat sənədlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması, tarifləşmə və digər mövzularda məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 14.11.2024 15:20