NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Heydər Əliyev su anbarının ətrafı tullantılardan təmizlənib

...

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 5 sentyabr tarixdə Heydər Əliyev su anbarının ətrafında təmizlik aksiyası keçirilib.

“Təmiz ölkəm” devizi ilə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanındakı və tabeliyindəki qurumların əməkdaşları, eyni zamanda ekokönüllülər və “ASAN” könüllüləri iştirak ediblər. Ərazi, ümumilikdə, 140 kiloqramdan artıq tullantıdan təmizlənib.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması, eləcə də tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.

Nəşr edilib : 05.09.2025 17:51