Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbu...
20:43 13.05.2026
0
0
0
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında təşkil edilən Muxtar Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Şərq qapısı” xəbər verir ki, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə mədəniyyətimiz dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, sənət adamlarına, yaradıcı gənclərə, xüsusilə uşaqlara hər zaman xüsusi diqqət göstərilmişdir. Məhz bu siyasətin real nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikasında 26 musiqi təhsili müəssisəsi, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Uşaq Teatrı, həmçinin Kukla Teatrı uğurla fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi İmamqulu Əhmədov bildirib ki, müsabiqənin əsas məqsədi uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin ifaçılıq qabiliyyətlərinin aşkarlanması, onların yaradıcı potensialının inkişaf etdirilməsidir. Müsabiqə zamanı münsiflər heyəti tərəfindən ən uğurlu ifalar müəyyənləşdirilib.
Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə, həmçinin ötən il ölkəmizdə keçirilən Uşaq İncəsənət Festivalında iştirak edərək yer tutan, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin şagirdləri və kollektivləri, eləcə də,“Konstitusiya və Suverenlik İli" çərçivəsində nazirliyinin təşkilatçılığı ilə keçirilən “Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi”nin qalibləri də təltif ediliblər.
Sonda qalib şagirdlərin ifalarında konsert proqramı təqdim olunub.
Digər xəbərlər