NAXÇIVAN :

21 May 2026, Cümə axşamı

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

...

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Xarkovda şəhər bərpası: Evlərin və gələcəyin yenidən qurulması” tədbirində Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev çıxış edərək ölkəsinə göstərilən beynəlxalq dəstəyə görə təşəkkürünü bildirib.

"Şərq qapısı" xəbər verir ki, səfir beynəlxalq tərəfdaşlar və ölkələrlə yanaşı, Azərbaycanın da Ukraynaya verdiyi dəstəyi yüksək qiymətləndirərək bunun həmrəylik və əməkdaşlığın mühüm nümunəsi olduğunu vurğulayıb.

O qeyd edib ki, Ukrayna çətin dövrdən keçsə də, beynəlxalq tərəfdaşların dəstəyi sayəsində ölkə tək olmadığını hiss edir. Səfir vurğulayıb ki, birgə səylər sayəsində Ukrayna şəhərlərinin bərpası mümkün olacaq və bu istiqamətdə əməkdaşlıq davam etdiriləcək.

Nəşr edilib : 21.05.2026 17:24