NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Ukrayna mediası Prezident İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb

...

Ukraynanın aparıcı informasiya agentlikləri və xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini geniş işıqlandırıb.

"Şərq qapısı" xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, UNİAN, “İnterfaks-Ukrayna”, “Ukraynska Pravda”, “Korrespondent”, “LB.ua”, “Tsenzor.net” və digər informasiya agentlikləri, xəbər portallarında Azərbaycan Prezidentinin Almaniya Kansleri ilə birlikdə mətbuata bəyanatından materiallar yayıblar.

Məqalələrdə Azərbaycanın Avropaya, o cümlədən Almaniyaya qaz tədarükünün əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, Bakıda Almaniya və Rusiya nümayəndələrinin görüşünə dair fikirlər yer alıb.

Nəşr edilib : 22.07.2026 13:30