NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

...

Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

"Şərq qapısı" xəbər verir ki, Türkmənistan prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Nəşr edilib : 22.06.2026 13:30