NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

...

Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

"Şərq qapısı" xəbər verir ki, heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir.

Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir. Qonaqlar martın 15-də Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşəcək, növbəti gün isə Şuşa və Füzuli şəhərləri ilə tanış olacaqlar.

Martın 18-də Bakı şəhərində ilk dəfə olaraq “Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.

Səfər martın 19-dək davam edəcək. Səfər çərçivəsində əməkdaşlığa dair mühüm görüşlərin də keçirilməsi planlaşdırılır.

Nəşr edilib : 14.03.2025 17:28