NAXÇIVAN :

28 Avqust 2026, Cümə

Türkiyənin Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı

...

2026-cı ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə 450 və daha yüksək bal toplamış kişi cinsli abituriyentlərə I ixtisas qrupu üzrə Türkiyə Respublikasının Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı təqdim edilir.

DİM-dən bildirilib ki, bu təhsil imkanlarından yararlanmaq istəyən kişi abituriyentlər avqustun 29-u saat 23:59-dək müraciət formasını doldurmalıdırlar.

Əlavə məlumat üçün *0811 çağrı mərkəzinə müraciət etmək mümkündür.

Nəşr edilib : 28.08.2026 15:56