NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Türkiyəni Naxçıvana bağlayacaq dəmir yolunda görülən işlər açıqlanıb

...

Qars-İğdır-Naxçıvan dəmiryol layihəsi ilə bağlı tikinti işləri davam edir.
“Şərq qapısı” xəbər verir ki, bu barədə APA-nın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev məlumat verib.
Onun sözlərinə görə, Qars-İğdır-Aralık-Dilucu yüksək standartlı dəmiryol layihəsinin tikinti çərçivəsində Kilittaş tikinti sahəsi qurulub.
O qeyd edib ki, hazırda tikinti sahəsində  ümumilikdə, 1500 nəfər çalışır. Layihə üzrə ümumi uzunluğu 11,5 kilometr olan 5 tunelin, 5 stansiyanın (Diqor, Tuzluca, İğdır, Aralık, Dilucu) və Subatan fasad üzləmə lövhəsinin inşası nəzərdə tutulur: “23 üst keçid və ümumi uzunluğu 6842 metr olan 4 viaduk tikiləcək. Qatarların maksimal sürəti saatda 160 kilometr olacaq. Xətlərdə 24 min kilovolt gərginlik tətbiq ediləcək və bunun üçün 6 transformator quraşdırılması planlaşdırılır”.
Baş konsul qeyd edib ki, tikintinin 24 sentyabr 2029-cu ildə tamamlanması planlaşdırılır.

Nəşr edilib : 05.03.2026 11:09