NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Türkiyəli alpinistlər Haçadağa yürüş edəcək

...

Fevral ayının 22-23 tarixlərində türkiyəli alpinistlər Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Haçadağa yürüş edəcəklər. Türkiyənin Qars və İğdır bölgələrindən olan alpinistlər yürüşə qatılacaq. Dağa qalxacaq alpinistlər  zirvədə  Azərbaycan və Türkiyə bayraqları açıb həm Xocalı,  həm də İkinci Qarabağ müharibəsi şəhidlərini anacaqlar.
Məlumat üçün qeyd edək ki, bu alpinistlərin Haçadağa səkkizinci yürüşüdür. İndiyə qədər 20 nəfər alpinist yürüşdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Bülbül QULİYEVA

Nəşr edilib : 17.02.2025 09:17