NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Türkiyədəki güclü zəlzələ nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb - YENİLƏNİB-4

...

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 94 nəfər yaralanıb.

"Şərq qapısı" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində eyni zamanda iki bina ziyan görüb.

Zəlzələ ilə əlaqədar ölkənin Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük dayandırılıb.

Nəşr edilib : 16.10.2024 16:36