NAXÇIVAN :

02 May 2026, Şənbə

Türkiyədə zəlzələ olub

...

Türkiyənin Erzincan vilayətində 4,9 bal gücündə zəlzələ olub.

"Şərq qapısı" Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Erzincanın Kemah rayonudur.

Yerli vaxtla saat 14:16-da qeydə alınan zəlzələnin ocağı yerin 4,52 kilometr dərinliyindədir.

Nəşr edilib : 06.02.2026 15:52