NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Türkiyədə sel 2 nəfərin ölümünə səbəb olub

...

Türkiyənin Osmaniyə əyalətinin bir neçə rayonunda yağan güclü yağışların yaratdığı sel insan tələfatına səbəb olub.

"Şərq qapısı" xəbər verir ki, güclü yağışlarla əlaqədar Savrun çayı daşaraq Kadirli rayonunun bəzi ərazilərini basıb, körpü və bir neçə tikili uçub.

Selin apardığı avtomobildə olan 2 nəfər həlak olub.

Qonşu əyalətlərdən xilasedicilər fəlakət bölgəsinə göndərilib.

Nəşr edilib : 08.04.2026 21:20