NAXÇIVAN :

26 Noyabr 2026, Cümə axşamı

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

...

Noyabrın 12-də Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopter naməlum səbəbdən qəzaya uğrayıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Samanköy rayonunda baş verən qəza nəticəsində 4 hərbçi şəhid olub.

Bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Nəşr edilib : 12.11.2026 20:47