NAXÇIVAN :

28 Dekabr 2024, Şənbə

Türkiyədə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq komissiyası yaradılıb

...

Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu "X" səhifəsindəki paylaşımında bildirib.
Bildirilir ki, nümayəndə heyəti yaxın saatlarda Bakıya yola düşəcək və sabahdan etibarən öz sahələrinə uyğun olaraq hadisənin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın müvafiq qurumları ilə koordinasiyada işləyəcək.
"Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allah rəhmət eləsin, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik", - nazir qeyd edib.

Nəşr edilib : 27.12.2024 23:13