NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

Türkiyədə 4 maqnitudada zəlzələ baş verib

...

Türkiyənin Balıkesir şəhərində 4 maqnitudada zəlzələ baş verib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Sındırğı rayonunda qeydə alınıb. Zəlzələnin dərinliyi 10.97 kilometr olub.

Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 11 və 12-də Sındırğıda zəlzələlər olub.

Nəşr edilib : 14.08.2025 19:49