NAXÇIVAN :

04 Noyabr 2024, Bazar ertəsi

Türkiyə XİN: Avrointeqrasiyada irəliləyiş Aİ-nin iradəsindən asılı olacaq

...

Türkiyənin Avropaya inteqrasiya prosesində irəliləyiş Avropa İttifaqının (Aİ) siyasi iradəsindən və ona strateji yanaşmasından asılı olacaq.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-yə üzv olmağa namizəd ölkələrin genişlənməsi və irəliləyişinə dair oktyabrın 30-da dərc etdiyi illik hesabatına Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi şərhdə deyilir.
“Mövcud regional və qlobal çağırışlar fonunda aydındır ki, Türkiyə-Aİ münasibətlərinə yeni baxış lazımdır. Biz Aİ-nin Türkiyə ilə əməkdaşlıq məsələsində son vaxtlar göstərdiyi səyləri alqışlayırıq. Bununla belə, münasibətlərin canlandırılması siyasi iradə və Aİ-nin strateji baxışına əsaslanan konkret addımlar tələb edir”, - şərhdə vurğulanıb.
Qeyd olunub ki, Türkiyə Aİ ilə konstruktiv əməkdaşlığa ümid edir.
Xatırladaq ki, Ankara 2005-ci ildə Aİ-yə tamhüquqlu üzv kimi daxil olmaq üçün rəsmi müraciət edib. Danışıqlar prosesində maneələrdən biri də Kipr problemidir.

Nəşr edilib : 31.10.2024 23:55