Bahar Muradova: Səylərin birləşdirilməsi ekoloji p...
12:23 21.11.2024
0
0
0
Türkiyə Milli Pediatriya Dərnəyinin və Azərbaycan Pediatriya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda pediatriya sahəsinin mütəxəssisləri üçün birgə konfrans keçirilib.
"Şərq qapısı" xəbər verir ki, konfransda iki ölkənin pediatriya sahəsinin mütəxəssisləri uşaq sağlamlığı ilə bağlı ən aktual elmi yenilikləri müzakirə ediblər.
Türkiyə Milli Pediatriya Dərnəyinin 2005-ci ildən beynəlxalq pediatriya birlikləri ilə əməkdaşlıq çərçivəsində elmi görüşlər təşkil etdiyini deyən Dərnəyin sədri Yıldız Camcıoğlu bildirib ki, qardaş ölkə Azərbaycanla əlaqələr bundan sonra daha da güclənəcək.
Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov konfransı Azərbaycanda pediatriya sahəsinin inkişafı üçün böyük addım adlandırıb: “Məqsədimiz həkimlərin müasir protokollara əlçatanlığını artırmaq, pediatriya sahəsində yenilikləri bölüşməkdir. Əsas odur ki, gələcəyimiz olan uşaqlar sağlam böyüsün”.
Daha sonra həkimlərin məruzələri dinlənilib. Dünya pediatriyasında baş verən elmi yeniliklər, yeni müalicə üsulları, uşaq sağlamlığına profilaktik tibbi yanaşmalar və uşaq xəstəlikləri ilə mübarizədə yeniliklər kimi vacib məsələlər müzakirə olunub.
Konfransın iki ölkənin pediatrları arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə təkan verəcəyinə əminlik ifadə edilib.
Digər xəbərlər