Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ...
21:44 12.03.2025
0
0
0
Martın 18-də Türkiyədə Çanaqqala Dəniz Zəfərinin 110 illiyi qeyd ediləcək. Mötəbər gün münasibətilə martın 15-də “Çanaqqaladan Qarabağa uzanan Zəfər yolu” adlı tədbir keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından (TADEF) məlumat verilib.
Bildirilib ki, TADEF və Çanaqqala Ülkü Ocaqlarının birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə iştirak məqsədilə İstanbuldan 120 nəfərlik heyət Çanaqqalaya səfər edəcək. Türkiyədə fəaliyyət göstərən QHT nümayəndələrinin, qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin də iştirakı ilə baş tutacaq tədbir çərçivəsində Çanaqqala Şəhidliyi, o cümlədən buradakı Azərbaycan Şəhidliyi ziyarət ediləcək, ortaq tariximizin ən şanlı səhifələrindən olan Çanaqqala Zəfəri uğrunda canından keçən qəhrəmanlarımız yad ediləcək.
Qeyd edək ki, bu məqsədlə Çanaqqalada təşkil olunacaq tədbirlər çərçivəsində Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən martın 18-də Azərbaycanın Əməkdar incəsənət xadimi, Yedditəpə Universitetinin professoru, rəssam Rafiq Əzizin qardaş ölkənin fərqli vilayətlərinin dəniz muzeylərində sərgilənən və Türkiyə Milli Müdafiə Nazirliyinin kolleksiyasına daxil edilən dəyərli əsərlərindən ibarət sərgi açılacaq.
Xatırladaq ki, Çanaqqala döyüşlərində şəhid olanların üç mindən çoxu azərbaycanlılardır.
Digər xəbərlər