NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Türkiyə Prezidenti İsraili regional münaqişəyə başlamaqda ittiham edib

...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-na keçən gecə İrana hücum edən İsraili regional miqyasda münaqişəyə başlamaqda ittiham edib.
“Şərq qapısı” “TRT”yə istinadən xəbər verir ki, o, bu barədə ölkənin cənub-şərqindəki Hatay vilayətində bildirib.
“Qərb gücləri tərəfindən təqdir edilən İsrail hökuməti regional münaqişənin qaynağını yandırmağa çalışır. Ümid edirəm ki, bu oyun baş tutmayacaq”, - deyə Ərdoğan qeyd edib.
Bundan əvvəl İsrailin İrana zərbələri Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən pislənərək, bu hücumla Təl-Əvivin bölgəni daha böyük müharibənin astanasına gətirdiyini vurğulamışdı.

Nəşr edilib : 26.10.2024 19:19