NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Türkiyə Prezidenti Çanaqqala qəhrəmanlarını yad edib

...

Çanaqqala döyüşlərinin 111-ci ildönümündə, başda Qazi Mustafa Kamal olmaqla, istiqlalımız və gələcəyimiz uğrunda mübarizə aparan bütün qəhrəmanlarımızı ehtiramla anır, şəhidlərimizi və əbədiyyətə qovuşmuş qazilərimizi rəhmətlə yad edirəm.
“Şərq qapısı”  xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala döyüşlərinin 111-ci ildönümü ilə əlaqədar paylaşımında bildirib. Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın və tarixi bağların rəmzlərindən olan Çanaqqala döyüşlərində şəhid olanların 3 mindən çoxu azərbaycanlıdır.

Nəşr edilib : 25.04.2026 23:00