COP29 zolaqlarında yol nişanlarının sökülməsinə ba...
14:09 23.11.2024
0
0
0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 5-də Bişkekə dövlət səfəri edəcək.
"Şərq qapısı" “Kabar” agentliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində Qırğızıstan və Türkiyə dövlət başçıları arasında məhdud tərkibdə danışıqların, eləcə də onların sədrliyi ilə Strateji Əməkdaşlıq üzrə Ali Şuranın altıncı iclasının keçirilməsi planlaşdırılır. Tərəflər Qırğızıstan-Türkiyə əməkdaşlığının geniş spektrini müzakirə edəcəklər.
Səfərin yekununda iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi və dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Həmçinin noyabrın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak edəcək.
Digər xəbərlər