NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Türkiyə Müdafiə Nazirliyi: Qardaşlarımıza qarşı törədilən soyqırımını unutmamışıq, unutmayacağıq və unutdurmayacağıq!

...

Martın 31-də Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan soyqırımı qurbanlarının xatirəsini anıb.

"Şərq qapısı" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşımında 1918-ci ilin faciəli hadisələrinin bəşər tarixində “qara ləkə” olduğu qeyd edilib.

“Minlərlə günahsız Azərbaycan türkü erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Biz qardaşlarımıza qarşı törədilən soyqırımını unutmamışıq, unutmayacağıq və unutdurmayacağıq!” - deyə Türkiyə Milli Müdafiə Nazirliyi vurğulayıb.

Nəşr edilib : 31.03.2026 15:39