NAXÇIVAN :

08 Noyabr 2026, Bazar

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!

...

Türkiyənin Milli Müdafiə Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!

6 il əvvəl Qarabağda böyük bir zəfər qazanan Azərbaycan Türkü qardaşlarımızın 8 Noyabr Zəfər Gününü təbrik edir, qardaşlarımızı ürəkdən salamlayırıq", - paylaşımda bildirilib.

Nəşr edilib : 08.11.2026 13:19