Vətəni namus, bayrağı şərəf bilən qəhrəman...
22:05 08.01.2025
0
0
0
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb.
"Şərq qapısı" xəbər verir ki, xəbər agentlikləri, qəzetlər, informasiya portalları və televiziya kanalları Azərbaycan rəhbərinin Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinin yolverilməzliyi barədə sözlərinə xüsusi diqqət yetirib.
Prezident İlham Əliyevin Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriyadakı vəziyyətlə bağlı mövqeyi geniş auditoriyaya çatdırılıb.
Türkiyə ictimaiyyətinə dövlətimizin başçısının İranda Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına səsləndirilən qalmaqallı bəyanatlara münasibəti də çatdırılıb.
Əsas diqqət Prezident İlham Əliyevin Cənubi Qafqazda silahlanma yarışının yolverilməzliyi ilə bağlı bəyanatlarına, siyasətçinin Ermənistanla sülhün perspektivləri ilə bağlı mövqeyinə və anti-Azərbaycan isterikasını qızışdıran Fransanı tənqid etməsinə cəlb olunub.
Bəzi media orqanları Azərbaycan Prezidentinin regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı sözlərini öz materiallarının sərlövhəsinə çıxarıblar.
Digər xəbərlər