NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Türkiyə mediası Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumundakı çıxışını geniş işıqlandırıb

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.

Anadolu agentliyi, “TRT”, “Haber Global, “Sözcü”, “Sputnik Türkiyə”, “Haberler.com”, “Son dakika”, “Star.com” kimi bir sıra media qurumları, “Milliyet”, “Cumhuriyyet”, “Yeni Şafak” qəzetləri, eləcə də bir çox müxtəlif formatda fəaliyyət göstərən media qurumları dövlətimizin başçısının səfərinə diqqət ayırıb.

“Əliyev Ermənistanla sülh sazişinin mətninin 80 faizini razılaşdırdıqlarını bildirib”, “Azərbaycan Prezidenti İlham Əliyev: Sülh sazişi mətninin 80 faizi üzrə razılıq əldə olunub”, “Əliyevdən “Ermənistan” mesajı: Biz 80 faizlə razılaşdıq”, “Əliyev açıqladı: Ermənistanla sülh sazişi mətninin 80 faizi ilə bağlı razılıq əldə edilib” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin forumdakı çıxışına istinadlar edilib.

Nəşr edilib : 06.09.2024 20:51