NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Türkiyə mediası: Azərbaycan Prezidenti TDT ölkələri arasında birgə təlimlərin keçirilməsi ilə bağlı tarixi təşəbbüslə çıxış edib

...

Türkiyə mətbuatı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşünün yekunlarını işıqlandırmaqda davam edir.
"Şərq qapısı" xəbər verir ki, qardaş ölkənin mətbuatında TDT məkanında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi mövzusunda məqalələr dərc olunub.
Müəlliflər diqqəti Prezident İlham Əliyevin 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsi təklifinə yönəldiblər.
Azərbaycan liderinin bu təşəbbüsü Türkiyə mediası tərəfindən tarixi, birgə təlimlərin özü isə “Turan təlimləri” adlandırılıb.
Oxucu auditoriyası Prezident İlham Əliyevin Qəbələ Zirvə Görüşündəki çıxışından fikirlərlə tanış olub. TDT ölkələri arasında müdafiə sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb

Nəşr edilib : 09.10.2025 19:08