Fənn olimpiadalarının rayon (şəhər) mərhələsində m...
14:03 22.12.2024
0
0
0
“COP29-un Bakıda keçirilməsi həm Azərbaycan, həm də dünya üçün önəmli bir addımdır. COP29-un uğurla keçəcəyinə əminik”.
Bunu Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Basri Bağcının sözlərinə görə, hüquq iqlim və onunla bağlı məsələlərin həllində ən təsirli vasitədir. Onun düzgün və müsbət istiqamətdə istifadə edilməsi lazımdır.
“Türkiyədə ətraf mühitlə bağlı bir sıra qərarlar və qanunlar qəbul edilib. Konstitusiyanın 56-cı maddəsi də məhz insanların sağlam ətraf mühitdə yaşaması hüququ ilə bağlıdır. Burada hər kəsin sağlam və balanslaşdırılmış ətraf mühitdə haqqına sahib olduğu qeyd olunub”, - deyə B.Bağcı qeyd edib.
Digər xəbərlər