"Ekranı bağla, həyatı aç" layihəsinə start verilib...
14:14 23.11.2024
0
0
0
Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Ömər Kərkəzin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsində görüş keçirilib.
Ali Məhkəmənin sədri İnam Kərimov öncə Ömər Kərkəzi qardaş Türkiyənin Ali Məhkəməsinin sədri seçilməsi münasibətilə təbrik edib. Xalqlarımızın qardaşlığı və həmrəyliyi sayəsində iki ölkə arasında bütün sahələrdə əlaqələrin yeni mərhələyə qədəm qoyduğu və daim inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, hər iki ölkənin məhkəmə orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar mövcuddur.
Görüşdə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyəti barədə geniş məlumat verilib.
Ömər Kərkəz iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayaraq, əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, onun tarixini əks etdirən muzeyə baxıblar.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı da iştirak edib.
Digər xəbərlər