NAXÇIVAN :

25 Avqust 2026, Çərşənbə axşamı

Türk dünyasının rəssamları Kapadokiyada bir araya gəlib

...

Türkiyənin turizm bölgəsi olan Kapadokiyada “Türk dünyası rəssamlarının beynəlxalq görüşü” keçirilir.

"Şərq qapsı" xəbər verir ki, Nevşehir valiliyinin himayəsi ilə təşkil olunan tədbirin məqsədi Türk dünyası ölkələrinin rəngkarlıq ənənələrini təbliğ etməkdir.

Açılış mərasimi Məryəm Ana tarixi kilsəsinin ərazisində keçirilib.

Görüşdə Azərbaycanı rəssam Məhərrəm Əliyev təmsil edir.

Həftə ərzində müxtəlif türk ölkələrindən olan rəssamların açıq havada keçirəcəkləri ustad dərsləri ilə yanaşı, Kapadokiya mövzusunda rəsm əsərlərinin çəkilməsi də nəzərdə tutulur. Bu əsərlər avqustun 29-da keçiriləcək sərgidə ictimaiyyətə təqdim olunacaq.

Tədbir avqustun 30-da başa çatacaq.

Nəşr edilib : 25.08.2026 11:16