Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkila...
18:06 12.03.2025
0
0
0
“Autizmli uşaqlara dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə aprelin 5-i saat 1900-da Naxçıvan şəhərində Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar, müğənni Tünzalə Ağayevanın xeyriyyə konserti keçiriləcək. Konsertin əsas məqsədi autizmli uşaqların və onların ailələrinin sosial inteqrasiyasını gücləndirmək, onlara lazımi dəstəyi göstərməkdir. Konsertdə Tünzalə Ağayevanın repertuarından seçilmiş bir sıra mahnılar səslənəcək. Təşkilatçılar bildirirlər ki, tədbir zamanı toplanan vəsait xüsusi proqramların həyata keçirilməsi, müxtəlif məqsədyönlü layihələrin maliyyələşdirilməsi üçün istifadə olunacaq.
Biletlər və tədbir haqqında ətraflı məlumat üçün 077-537-80-80 nömrəsi ilə əlaqə saxlaya bilrəsiniz.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər