Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində ə...
21:33 19.04.2026
0
0
0
Türkiyənin nüfuzlu televiziya kanallarından biri olan TRT Avaz-da Azərbaycanda qeyd olunan Novruz bayramı ilə bağlı xüsusi süjet yayımlanıb. Süjetdə Naxçıvan da diqqət mərkəzində yer alıb.
Jurnalist Günay Ardanın təqdimatında hazırlanan reportajda Azərbaycanın zəngin milli-mədəni dəyərləri və əsrlərboyu qorunub saxlanılan adət-ənənələri geniş şəkildə təqdim olunub. Süjetdə qeyd olunur ki, sovet dövründə bu bayram qadağan edilsə də, Azərbaycan xalqı öz milli kimliyini və tarixi ənənələrini qoruyub saxlayaraq bütün çətinliklərə rəğmən Novruz ənənələrini yaşadıb.
Materialda ölkənin müxtəlif bölgələrində keçirilən bayram tədbirləri işıqlandırılıb, o cümlədən Naxçıvan Muxtar Respublikasında Novruzun qeyd olunması xüsusi vurğulanıb.
Qeyd edək ki, TRT Avaz tərəfindən hazırlanan bu cür materiallar Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına və təbliğinə mühüm töhfə verir.
Digər xəbərlər