NAXÇIVAN :

29 Avqust 2026, Şənbə

Tramp ABŞ Kosmik Akademiyasının təsis edilməsi haqqında fərman imzalayıb

...

Prezident Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb.

"Şərq qapısı" xəbər verir ki, ABŞ Prezidenti Hyustonda (Texas ştatı) Conson adına Kosmik Mərkəzdə amerikalı astronavtların təltifetmə mərasimində çıxış edərkən kosmik məkanın tədqiqi üçün ixtisaslı hərbi qulluqçular, mühəndislər, mülki operatorlar və digər mütəxəssislər nəslini öyrətmək və hazırlamaq lazım gəldiyini söyləyib və yeni milli akademiyanın yaradılması prosesinə start verilməsi barədə fərman imzalayacağanı bildirib.

Daha sonra ABŞ Prezidenti müvafiq fərmanı imzalayıb.

Nəşr edilib : 29.08.2026 00:27