NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Tokayev: Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq

...

Biz Birləşmiş Ştatlar Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq.
"Şərq qapısı"-nın məlumatına görə, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatda çıxışı zamanı deyib.
“Bu onu göstərir ki, hətta köklü münaqişələr də diplomatiya və sağlam düşüncə yolu ilə həll edilir. Bu prinsipi rəhbər tutan Qazaxıstan ardıcıl olaraq diplomatiyaya, gərginliyin azaldılmasına və gücdən daha çox dialoqa üstünlük verir”, - deyə o əlavə edib.

Nəşr edilib : 23.09.2025 23:49