Mehriban Ələkbərzadəyə MDB PA-nın Çingiz Aytmatov ...
12:38 23.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının yenidən qurulan laboratoriyasının təqdimatı məqsədilə “Tibbi Laborator Diaqnostika – Müasir Yanaşmalar, Perspektivlər, Tendensiyalar” adlı konfrans keçirilib. Tədbir laborator xidmətlərdəki son texnologiyalar, yeniliklər və bu xidmətlərin xəstəliklərin idarə edilməsindəki rolu barədə müzakirələri əhatə edib.
Konfrans Ümummilli Lider Heydər Əliyev, Mustafa Kamal Atatürk və hər iki ölkənin şəhidlərinin xatirəsinə sükutla başlanıb, dövlət himnləri səsləndirilib. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov konfransda çıxış edərək səhiyyə sahəsində aparılan islahatlar və əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib. Samiq Sadıxov bildirib ki, səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqların gətirilməsi və kadr potensialının artırılması istiqamətində atılan addımlar əhalinin sağlamlığının qorunmasına mühüm töhfə verir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva konfransda çıxış edərək son dövrlərdə muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının əhəmiyyətini vurğulayıb. O, qısa müddət ərzində Naxçıvanın səhiyyə sistemində böyük dəyişikliklərin baş verdiyini və bu islahatların əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan yaratdığını qeyd edib. Tükəzban Quliyeva, həmçinin Naxçıvan Muxtar Respublikasında yaradılan bu şəraitin məhz ölkə rəhbərliyinin səhiyyə sahəsinə göstərdiyi diqqət və dəstək nəticəsində mümkün olduğunu bildirib və bu istiqamətdə səylərinə görə səhiyyə nazirinə təşəkkür edib. Daha sonra Türkiyədən gəlmiş professor və həkim heyəti müasir laborator diaqnostika və tibb sahəsində təqdimatlar ediblər. Tədbir çərçivəsində diabet, toksoplazmoz, yeni doğulanların skrininq proqramları və laboratoriya xidmətlərinin akkreditasiyası kimi mövzular müzakirə olunub. Eyni zamanda sonsuzluq, peyvənd, ginekologiya və mamalıq sahəsində laparoskopik və robotik cərrahiyyə əməliyyatları ilə bağlı yeniliklər paylaşılmışdır.
Digər xəbərlər