NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Təhsil Nazirliyində görüş keçirilib

...

Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Müəllimlər İnstitutunun 2029-2030-cu tədris ili üçün proqnoz kadr hazırlığı ilə bağlı görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və hər iki qurumun aid  əməkdaşları iştirak edib.  
Görüşdə Təhsil Nazirliyi tərəfindən Müəllimlər İnstitutunda proqnoz ili üçün  ümumtəhsil məktəblərində ehtiyac olan bəzi fənlər üzrə ixtisaslarda qəbul planının artırılması, kadr ehtiyacının zəruri  olmadığı ixtisaslarda isə qəbul planının azaldılması, müasir tələblərə uyğun olaraq kadrların dərsliklərdən və əlavə elektron tədris resurslarından istifadə bacarıqlarının artırılması, həmçinin sonuncu kursda təhsil alan tələbələr üçün nəzərdə tutulan  tədris proqramına, müəllimlərin işə qəbulunun çərçivə sənədinə uyğun tədris materiallarının əlavə olunması və digər məsələlərlə bağlı  bir sıra təkliflər irəli sürülüb.

Nəşr edilib : 24.10.2024 19:41