NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Təhsil Nazirliyi maaşlarından pul tutulması ilə bağlı yayılan məlumatara aydınlıq gətirib

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi  tabe təhsil müəssisələrində gözətçi və xadimə işləyənlərin maaşlarından pul tutulması ilə bağlı bəzi sosial şəbəkə hesablarında  yayılan məlumatara aydınlıq gətirib.  
"Şərq qapısı" xəbər verir ki, bəzi sosial şəbəkə hesablarında Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində gözətçi və xadimə işləyənlərin hər birinin aylıq maaşından 150 manat pul tutulması və məcburi tutulan bu pulların Qarabağ Dirçəliş Fonduna köçürüləcəyi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir, nazirliyə tabe təhsil müəssisələrində çalışan gözətçi və xadimələrin əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial tutqulardan başqa  heç bir vəsait tutulmayıb və hər hansı bir işçiyə bu tələb qoyulmayıb, yayılan məlumatlar dezinformasiya xarakterlidir. Məlumatda adları çəkilən şəxslərin də heç biri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışmırlar. Bu tipli məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətə çaşqınlıq yaratmağa xidmət edir. 
Onu da bildirirk ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan gözətçi və xadimələrin  əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial tutqulardan başqa əlavə vəsait tutulursa Nazirliyin 146-1-10 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Nəşr edilib : 06.11.2024 16:22