NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Təhsil naziri Heydər Əliyev adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib

...

İyunun 13-də Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində  “Son zəng” tədbirləri keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Şəhər İcra  Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev Heydər Əliyev adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirlərində iştirak ediblər.

 ️“Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova  məzunları, müəllimləri və məzunların valideynlərini təbrik edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Rəsmi hissədən sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub. Tədbir məzunlarla xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Nəşr edilib : 13.06.2026 16:50