Gender bərabərliyi ilə bağlı kitab təqdimatı keçir...
23:23 15.04.2025
0
0
1
Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbdə “Təhsil müəssisələrində yuxarı sinif şagirdlərinə gender anlayışının aşılanması” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov açaraq mövzunun əhəmiyyətini vurğulamışdır. Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva mövzu ilə əlaqədar təqdimatla çıxış etmişdir. Z.Orucəliyeva bildirmişdir ki, təhsil müəssisələrində yuxarı sinif şagirdlərinə gender anlayışının aşılanması cəmiyyətin inkişafı və sosial ədalət baxımından son dərəcə əhəmiyyətlidir. Təhsil almaq hər bir insanın fundamental bir hüququdur. Cəmiyyətdə gender bərabərliyinin təşviqi və təhsil sistemindəki gender stereotiplərinin ortadan qaldırılması, gender anlayışının aşılanması vacib məsələlərdəndir. Tədbirin davamında Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev və “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin təsisçisi, klinik psixologiya üzrə fəlsəfə doktoru Ayaz Seyidli mövzu ilə bağlı çıxış etmişlər.
36 nəfərin iştirakı ilə keçirilən tədbir diskussiya şəklində davam etmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Digər xəbərlər