NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Təhsil müəssisələrində iş və istirahət günləri, həmçinin payız tətili günləri açıqlanıb

...

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr- Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü noyabrın 7-si, bayramdan sonra ilk iş günü noyabrın 11-dir. Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü noyabrın 7-si, bayramdan sonra ilk iş günü isə noyabrın 12-dir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində noyabrın 16-20-si tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü noyabrın 21-nə təsadüf edəcək.

Nəşr edilib : 04.11.2025 16:59